"PISA In Focus": Şagirdlərin 30 faizinin riyaziyyat dərslərində diqqətləri rəqəmsal cihazlar səbəbindən dağılır - Hesabat
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan (İƏİT) ölkələrdə şagirdlərin 30 faizinin riyaziyyat dərslərində diqqətləri rəqəmsal cihazlar səbəbindən dağılır. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə İƏİT-in Təhsil və bacarıqlar departamentinin mayın 27-də yaydığı yeni "PISA In Focus" hesabatında qeyd olunur. 
 
"PISA In Focus"un son buraxılışı elmi əsaslı siyasi həllər vasitəsilə sinifdə diqqəti yayındıran rəqəmsal halların aradan qaldırılması yollarını əhatə edir. 
 
Bildirilir ki, uşaqların ekran qarşısında çox vaxt keçirməsi onların öyrənməsinə, inkişafına və rifahına təsiri ilə bağlı narahatlıqlara səbəb olub.
İƏİT ölkələrində şagirdlərin dörddə üçü həftəiçi sosial şəbəkələrə bir saatdan çox vaxt sərf edir və təxminən hər üç şagirddən biri dərsdə rəqəmsal cihazlardan istifadə edərək diqqətini yayındırır. 
Hesabatda belə bir sual qoyulur: Boş vaxtlarda rəqəmsal cihazlardan istifadə şagirdlərin müvəffəqiyyətinin azalmasına səbəb ola bilərmi? 
 
Tədqiqat bu sualı belə cavablandırır: 
 
- Məktəbdə rəqəmsal asudə vaxtlarına bir saatdan çox zaman ayrılması riyaziyyat qiymətlərinin doqquz baldan çox aşağı düşməsi ilə əlaqələndirilir.
- İş günü ərzində sosial mediada bir saatdan çox vaxt keçirən və ya əylənmək üçün internetə baxan şagirdlər riyaziyyatda bu dərsləri bir saat və ya daha az müddətə məhdudlaşdıranlara nisbətən 5-20 bal az qazanırlar.
 
Bu risklərə baxmayaraq, məktəbdə gündə bir-beş saatarası tədris üçün rəqəmsal cihazlardan istifadə edən şagirdlər PISA riyaziyyat tədqiqatında cihazlardan, ümumiyyətlə, istifadə etməyənlərə nisbətən 20 bal daha çox toplayırlar.
"PISA In Focus" şagirdlərin niyə cihazlara etibar etdiyini və rəqəmsal cihazdan istifadənin onların riyaziyyat göstəriciləri, məktəbə aidiyyət hissi ilə necə əlaqəli olduqlarını və onların diqqətinin nə qədər yayındığını araşdırır. 
Sənəd şagirdlərin rəqəmsal bacarıq və davranışlarını təkmilləşdirən, müəllimləri məktəbdə və məktəbdən kənarda təhsilalanları rəqəmsal yayınmalardan qorumaq, rəqəmsal mühitlərdə naviqasiya bacarıqlarını inkişaf etdirmək üçün texnologiya ilə tədris etməyə hazırlayan təhsil siyasətlərinin rolunu vurğulayır.
 
 
Oruc MUSTAFAYEV


30.05.2024 | 12:19