Ali təhsil müəssisələri üçün “SciVal” məlumat bazasından istifadə üzrə təlim təşkil olunub | |
Mayın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və dünyanın aparıcı elmi-analitika şirkəti olan “Elsevier” korporasiyasının birgə təşkilatçılığı ilə “SciVal” məlumat bazası üzrə bir neçə ali təhsil müəssisəsinin nümayəndələri üçün onlayn təlim keçirilib. Təlimin məqsədi ali təhsil müəssisələrinin əməkdaşlarının “SciVal” bazasında qlobal reytinqlər modulu üzrə istifadə bacarıqlarının təkmilləşdirilməsidir.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlimdə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli ölkəmizin beynəlxalq və regional arenada elmi-tədqiqat fəaliyyəti üzrə göstəricilərinin təhlili üçün sözügedən alətin əhəmiyyətini vurğulayıb.
Daha sonra “Elsevier” şirkətinin təmsilçisi Lucia Schoombee “SciVal” bazasında “Times Higher Education” qlobal reytinqi üzrə yerli ali təhsil müəssisələrinin göstəricilərinin təhlili barədə təqdimatla çıxış edib.
Qeyd edək ki, təlimdə beynəlxalq reytinqlərlə iş istiqamətində aktiv fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsindən reytinqlər və elmmetriya istiqamətləri üzrə mütəxəssislər iştirak ediblər.
|
|
30.05.2024 | 11:31 | |
|
|
|