Şəkidə "STEAM" və Peşə təmayüllü siniflərın yaradıcılıq festivalı keçirilib | |
Mayın 29-da Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində "STEAM" və Peşə təmayüllü siniflər layihəsi tədris edilən məktəblərin iştirakı ilə yaradıcılıq festivalı keçirilib. "Azərbaycan müəllimi" xəbər verir ki, festivalda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova, idarənin struktur bölmə rəhbərləri, Şəki şəhər İcra Hakimiyyətininin başçısı Elxan Usubov, regionun Peşə Təhsi Mərkəzinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 800-ə yaxın şagird, valideyn və müəllimlər, eləcə də bölgənin nüfuzlu ziyalıları, təhsil işçiləri və ictimai xadimlər iştirak ediblər. Festival Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İdarə müdiri, həmçinin regionda tətbiq olunan "STEAM" və Peşə təmayüllü siniflər layihələrinin uğurlarından danışıb. G.Mahmudova bu layihələrin şagirdlərin təhsilə olan marağını artırmaqla yanaşı, onların yaradıcılıq potensialını və peşə bacarıqlarını inkişaf etdirdiyini qeyd edib. Festival çərçivəsində iştirakçılar müxtəlif mövzularda yaradılmış əl işləri və məhsulları ilə tanış olublar. Bu stendlərdə şagirdlər öz layihələrini, innovativ ideyalarını və yaradıcı işlərini nümayiş etdiriblər. Festivalın bədii hissəsində şagirdlərin ifasında təqdim olunan konsert proqramı da böyük maraq doğurub. Konsertdə müxtəlif yerli bəstəkarların mahnıları, aşıq havaları və xalq mahnıları ifa edilib, şeirlər söylənilib və rəqs nömrələri nümayiş olunub. Qeyd edək ki, festivalın məqsədi məktəblilər arasında həm elm və texnologiyaya, həm də ekoloji problemlərin həllinə maraq oyatmaqdır.
|
|
29.05.2024 | 20:30 | |
|
|
|