Ağdamda yeni məktəblər inşa olunacaq

Prezident İlham Əliyev mayın 28-də Ağdam rayonuna səfəri çərçivəsində bir sıra kəndlərin təməlini qoyub.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, təməli qoyulan kəndlərdə bir sıra infrastruktur obyektlərlə yanaşı, yeni məktəb binalarının və uşaq bağçalarının inşası da nəzərdə tutulub: 

 

Ağdam rayonunun əsası qoyulan Şotlanlı kəndində 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası;

 

Ağdam rayonunun əsası qoyulan Nəmirli kəndində 528 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası; 

 

Ağdam rayonunun əsası qoyulan Güllücə kəndində 480 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası; 

 

Ağdam rayonunun əsası qoyulan Tağıbəyli kəndində 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası.



28.05.2024 | 20:18