Şərəfli müəllim ömrü

Müəllimlər metodistləri özlərinin müəllimləri adlandırırlar. Onlar tədris apardıqları fənlər üzrə elmi-nəzəri məlumatları oxuduqları ali məktəblərdə alır və sonralar daim öz üzərlərində çalışaraq dövrün tələblərinə uyğun artırırlar. Lakin metodik ustalığı, peşəkarlıq kompetensiyalarmı, demək olar ki, bütün müəllimlər pedaqoji fəaliyyət prosesində, dərs deyə-deyə öyrənirlər. Bu prosesdə isə onların müəllimləri məhz metodistlər olur. Bu yazımızda müəllimlərimiz tərəfindən daim arzulanan, onların öz praktik müəllimləri kimi gördükləri metodistlərdən biri haqqında, konkret desək Firduz Fərman oğlu Əhmədov barədə söz açmaq istəyirəm. Mən Firduz müəllimi tanıyandan onu müəllimlərin arasında, təlim-tərbiyə prosesinin düzgün təşkili, müasir dərsin xüsusiyyətləri, aparılma qaydaları, müasir təlim metodlarının tətbiqi ilə bağlı onlara məsləhət verən, yol göstərən, kömək edən görmüşəm.

 

Firduz Fərman oğlu Əhmədov 1953-cü il noyabrın 15-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1971-ci ildə Soltanlı kənd orta məktəbini bitirib. 1975-ci ildə keçmiş V.İ.Lenin adma Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) biologiya-coğrafiya fakültəsinə qəbul olan Firduz Əhmədov 1980-ci ildə coğrafiya əlavə biologiya ixtisası üzrə ali təhsil alıb. Azərbaycan Respublikası maarif nazirinin 24 mart 1980-ci il tarixli sərəncamına əsasən Beyləqana ( keçmiş Jdanov ) göndərilərək rayonun 4 nömrəli orta məktəbində gənclərin çağınşaqədərki hazırlığı rəhbəri və coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1983-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakıya köçən gənc müəllim 1984-1990-cı illərdə 31 nömrəli Texniki Peşə məktəbində ixtisası üzrə fəaliyyətini davam etdirib.

 

1990-1992-ci illərdə Xətai rayonu R.Məmmədov adma 269 nömrəli orta məktəbdə coğrafiya müəllimi, 1992-1996-cı illərdə isə tərbiyə işləri üzrə direktor müavini işləyib. Burada yaxşı müəllim, təşkilatçı kimi pedaqoji kollektivin, şagirdlərin və valideynlərin hörmətini qazanan Firduz müəllim 1996-cı ildən Xətai Rayon Təhsil Şöbəsində tərbiyə işi və coğrafiya fənni üzrə metodist təyin olunur.

 

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Firduz müəllim YAP Suraxanı Rayon Təşkilatının VIII-IX konfranslarının nümayəndəsi seçilib.

Azərbaycan müəllimlərinin XI və XII qurultaylarının iştirakçısı olub.

 

19 dekabr 2006-cı ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin Xətai-Suraxanı Metodik bölməsində coğrafiya fənni və Tərbiyə işləri üzrə metodist, 16 iyun 2010-cu il tarixdən əvvəl müdir əvəzi, sonra isə müdiri təyin edilib. Hazırda R.Məmmədov adma 269 nömrəli tam orta məktəbdə müəllim işləyir.

 

Təhsil nazirinin 03.10.2012-ci il tarixli əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

 

Heydər Əliyev irsinin təbliğ edilməsi , eləcə də şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində fəal iştirak etdiyi üçün Suraxanı Rayon İcra Hakimiyyəti və N saylı hərbi hissənin komandiri tərəfindən Fəxr ifərmanla təltif olunub.

 

Firduz Əhmədov tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumtəhsil müəssisələrinin X və XI sinifləri üçün “İqtisadiyyatın əsaslan” fakültativ kursu proqramının müəlliflərindən biridir.

 

“Ümidli gələcək” təşkilatının UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə dövlət qurumları, qeyri-hökumət təşkilatlan, bələdiyyə nümayəndələri, uşaq və gənclər üçün təşkil etdiyi “Uşaq haqlan və onlann tədrisi” adlı geniş təlim kursunda fəal iştirakına və uzun illər səmərəli pedaqoji fəaliyyətinə, “Şahin” hərbi idman oyunlannm təşkili və keçirilməsində fəallığına görə fəxri fərman və diplomla təltif olunub.

 

“Məktəbdə fənn aylıqlan”, “Sinif rəhbərinin illik tərbiyəvi iş planı” adlı metodik vəsaitlərin, “Tərbiyə işləri üzrə direktor müavinlərinin fəaliyyəti haqqında metodik tövsiyə”, “Ümumi fiziki coğrafiya (yerşünaslıq): abituriyentlər üçün vəsait”, “Fəal təlim üsulları” (müəllimlərə kömək), “Ümumtəhsil məktəbinin VI-XI sinifləri üçün coğrafiya fənni üzrə çoxvariantlı proqram materialının tematik planlaşdırılması” kimi vəsaitlərin müəllifidir.

 

Firduz müəllim “Dünyaya Baxış” Azərbaycan və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin həyata keçirdiyi “Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyat tərzinin yaxşılaşdırılması və onlann cəmiyyətə inteqrasiyası” layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə işləyən müəllimlər üçün hazırlanan ümumi metodik vəsaitin coğrafiya fənni üzrə bölməsini hazırlayıb.

 

Respublikanın ən mötəbər jurnal və qəzet səhifələrində vaxtaşırı elmi və metodik məqalələrlə çıxış edir.

 

“İqtisadiyyatın tədrisinin aktiv metodlan”, “Həyati bacarıqlara əsaslanan təhsil”, “İnsan hüquqlannm ümumtəhsil məktəblərində tədrisi”, “Mimio interaktiv texnologiyaları ilə tədris”, “İnklüziv təhsil layihəsi - təlimçilər üçün təlim”, “İbtidai siniflər üçün yeni kurikulum və fəal təlimə giriş kursu üzrə təlimçilərin hazırlanması”, “Uşaqların müdafiəsi və uşaqların inkişafı”, “Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması”, “İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən istifadə”, “İnsan alveri: təhlükələr və qabaqlayıcı təşəbbüslər - təlimçilər üçün təlim” , Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli gələcək” gənclər təşkilatı tərəfindən keçirilən “Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi” mövzularında təlimçilər üçün təlim (TOT), ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı təşkil olunmuş həyat bilgisi fənni üzrə təlim kurslarım bitirib. “Coğrafiya” fənni ürzə mentorluq təlim kursunu müvəffəqiyyətlə bitirərək sertifikat alıb.

 

Məlumdur ki, “Təhsil haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün məktəbdaxili metodiki işin təşkili və planlaşdırılması əsas şərtlərdən biridir. Məktəbdaxili idarəetmənin informasiya təminatı, “Məktəb metodşurası”, “Müasir müəllim necə olmalıdır”, “Müəllim fəaliyyətinin öyrənilməsi”, “Fənlərin tədrisində nəzarətin optimallaşdınlması”, “Təlim strategiyaları: Fəal-təlim texnologiyası psixoloji mexanizmi və quruluşu” mövzularında seminarlar keçirib.

 

Təlim-tərbiyə prosesinin intensivləşdirilməsi və optimallaşdınlması, təlim metodlan, fənnin tədrisi metodikası, müəllimlərin metodiki səviyyəsinin yüksəldilməsi, fənlərin tədrisində praktik metodlar, sinifdənxaric və məktəbdənkənar tədbirlər, təlim-tərbiyə və tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar, metodbirləşmə rəhbərləri, fənn müəllimləri ilə elmi-nəzəri, praktik metodiki işlər aparıb.

 

Ailəlidir, iki övladı, iki nəvəsi var.

 

Kiçik bir yazımızda mənalı və zəngin həyat yoluna qısa nəzər salmaqla Firduz müəllimin xarakterik cizgilərini yaratmağa çalışdıq. Sonda isə yubilyarımıza möhkəm cansağlığı, müqəddəs peşə sahibi kimi bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq .

 

65-ci baharınız mübarək, Firduz müəllim!

 

Rauf Cəfərov,

“Azərbaycan” Nəşriyyatının baş direktor müavini



09.11.2018 | 15:27