Cəlilabad Dövlət Peşə Mərkəzində yaşıl işıqlandırma şəbəkəsi qurulub | |
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində günəş panellərindən istifadə etməklə mərkəzin həyətyanı sahəsinin işıqlanma sistemini əsas şəbəkədən ayıraraq, avtomatik rejimdə işləyən səmərəli işıqlanma şəbəkəsi qurulub.
Bu barədə “Azərbaycan müəllimi”nə mərkəzin direktor müavini Elşən Abışov məlumat verib.
O bildirib ki, işıqlandırma sistemi COP29 çərçivəsində görülən işlərdəndir. Yaşıl enerjinin tətbiqi istiqamətində həyata keçirilən layihə “Elektrik-qaz qaynaqçısı” və “Veb dizayn və proqram təminatı” qrupunun birgə əməyinin nəticəsidir” - deyə o qeyd edib.
|
|
27.05.2024 | 10:27 | |
|
|
|