“Milli Kimlik Məktəbi” layihəsi 2000-dən çox şagirdi əhatə edib
Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə gənclər arasında milli kimlik şüurunu möhkəmləndirmək məqsədilə həyata keçirilən “Milli kimlik məktəbi” layihəsi davam edir.
 
Milli kimlik, vətəndaşlıq mövqeyi, etnik mədəniyyət, dini və milli tolerantlığın təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılması mövzularında maarifləndirmə işlərinin aparılması məqsədilə həyata keçirilən layihə çərçivəsində 25 ümumi təhsil və 1 ali təhsil müəssisəsi olmaqla ümumilikdə on bir səfər həyata keçirilib.
 
Layihə çərçivəsində spiker qismində Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə kafedrasının müdiri Orxan Vəliyev çıxış edir.
 
Qeyd edək ki,"Milli Kimlik Məktəbi" layihəsi 10 iyun tarixinə qədər davam edəcək.


27.05.2024 | 09:32