32 il gecikmiş "Son zəng" | |
Laçın şəhər 2 nömrəli tam orta məktəbin işğaldan əvvəlki sonuncu məzunları yarımçıq qalmış hekayələrini 32 il sonra tamamlayıblar.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 1992-ci ilin mayın 25-də keçirilən "Son zəng"ə hazırlaşan məzunların arzuları mayın 18-də Laçının işğalı ilə yarımçıq qalmışdı. Həmin məzunlar gecikən "Son zəng"lərini məzunu olduqları Laçın şəhər 2 nömrəli tam orta məktəbdə 32 il sonra vurublar. Bu Laçın azadlığa qovuşduqdan sonra çalınan ilk "Son zəng" olub.
|
|
26.05.2024 | 17:28 | |
|
|
|