“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ikinci mərhələsi təşkil olunub
25 may 2024-cü il tarixində ölkə üzrə 14 mərkəzdə ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak etdiyi “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ikinci mərhələsi təşkil olunub.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, bu mərhələ üzrə 1001 şagird imtahanda iştirak hüququ əldə edib. Finalda 36 ən yüksək nəticə göstərmiş şagird öz bilik və bacarıqlarını sınayacaq.
 
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
 
Qeyd edək ki, olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.
 
 
 


25.05.2024 | 13:03