Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-Məntiq olimpiadasının final turu təşkil ediləcək | |
2 iyun 2024-cü il tarixində Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-Məntiq olimpiadasının final turu təşkil ediləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, final turunda iştirak etmək üçün şagirdlər 24 may tarixindən etibarən buraxılış vərəqələrini əldə edə bilərlər.
Buraxılış vərəqələrinin yüklənməsi prosesi https://portal.edu.az/ platforması vasitəsilə həyata keçirilir. Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlər təhsil aldıqları ümumi təhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət edə bilərlər.
|
|
24.05.2024 | 16:39 | |
|
|
|