Ötən il məktəb və bağçalar üçün xərclənən vəsait açıqlanıb | |
2023-cü ildə məktəbəqədər təhsil üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində 38081 nəfər işçi ilə 105 000 nəfər uşağın təlim-tərbiyəsinə xidmət göstərən 1664 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı nəzərdə tutulan 332,4 milyon manat vəsait tam istifadə olunub.
"Azərbaycan müəllimi" APA-ya istinadən xəbər verir ki, bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.
Hesabata əsasən, ümumi təhsil üzrə 2066,9 milyon manat proqnoza qarşı icra 100 faiz olub ki, bu da 4164 müəssisədə (o cümlədən 56 internat və xüsusi məktəb) çalışan 227936 nəfər işçinin (o cümlədən 139674 nəfər müəllim) əməkhaqqılarının və digər xərclərin, o cümlədən 5 yaşlı 88027 nəfər uşağın məktəbəhazırlıq təhsili ilə əhatə olunması məqsədilə dövlət ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı xərclərin ödənilməsinə sərf edilib.
|
|
23.05.2024 | 11:07 | |
|
|
|