Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi formalaşıb
Mayın 22-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Namizədliyini irəli sürmüş 19 nəfərdən 11-i səs çoxluğu ilə şuraya üzv seçilib. Seçkilərdə yüksək fəallıq müşahidə olunub.
 
Şuranın yeni tərkibini təqdim edirik: 
 
1.    Orxan Kərimzadə – ADA-nın baş müəllimi;
2.    Pərvanə Məmmədova – “Yuva” Humanitar Mərkəzi İctimai Birliyinin təsisçisi;
3.    Heydər Eminli – Azərbaycan Özəl Təhsil Müəssisələri İctimai Birliyinin İdarə Heyətinin sədri;
4.    Günay Əkbərova – Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının nümayəndəsi;
5.    Elçin Əzimli – Təhsilə Dəstək Mərkəzi İctimai Birliyinin nümayəndəsi; 
6.    Hikmət Əlizadə – Müasir Psixoloji Dəstək İctimai Birliyinin nümayəndəsi, BDU-nun professoru, pedaqogika üzrə elmlər doktoru;
7.    Rafael Hacıbəyli – Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri;
8.    Sevinc Məhəməliyeva – Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi;
9.    Rasif Dünyamalıyev – ''Bağçam'' Uşaq Bağçaları Şəbəkəsinin təsisçisi;
10.    Kəmalə Aşumova – “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri;
11.    Mirzə Cəfərzadə – Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini.
 
Qeyd edək ki, yaxın günlərdə İctimai Şuranın yeni tərkibdə ilk iclası keçiriləcək. İclasda şuranın sədr, sədr müavini və katibi müəyyən ediləcək.
 
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın əsas məqsədi elm və təhsil sahəsində ictimai nəzarəti həyata keçirmək, nazirliyin fəaliyyətində ictimai iştirakçılığı təşviq etməkdir.


22.05.2024 | 15:00