RFO-dan 3 qızıl, 4 gümüş, 5 bürünc medal
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində qalib olan "Elmi savadlılıq üçün Fizika ll" layihəsinin sınaq imtahanında (onlayn) 100 şagird iştirak edib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, layihədə iştirak üçün seçim imtahanından sonra 58 nəfər şagird onlayn dərslərə cəlb olunub.
 
Həftədə 3 saat olmaqla (ümumlikdə 90 saat) dərs tədris edilib. Nəticələrə əsasən, layihə iştirakçıları respublika fənn olimpiadasında (RFO) 3 qızıl, 4 gümüş və 5 bürünc medala layiq görülüb.
Xatırladaq ki, Sumqayıt şəhər və müxtəlif regionlardan olan şagirdlərin respublika fənn olimpiadalarına və respublika fənn müsabiqələrinə hazırlığı, istedadlı şagirdlərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi layihənin əsas hədəfidir.


22.05.2024 | 11:57