Sertifikatlaşdırmadan keçməyən 8 mindən çox müəllim ARTİ tərəfindən təlimlərə cəlb olunub | |
Bu vaxta qədər birinci sertifikatlaşdırma imtahanında uğur qazana bilməyən 8 330 müəllim Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkil etdiyi təlimlərə cəlb edilib.
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva məlumat verib.
O bildirib ki, 2022-ci ildə Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil məktəbləri üzrə sertifikatlaşdırma imtahanından keçid balını toplaya bilməyən müəllimlərdən 2 342 nəfəri ixtisas fənləri üzrə təlimlərdə iştirak edib. Onlardan 1 287 nəfəri (55%) təkrar sertifikatlaşdırma imtahanında uğurlu nəticəyə nail olub. 60 yaşı tamam olan 418 nəfər müəllim isə (18%) təlimdə iştirak etsə də (60 yaşı tamam olan müəllimlərin sertifikatlaşdırma prosesində iştirakı könüllüdür), təkrar imtahandan imtina edib. Yekun olaraq təlimdə iştirak edənlərin 73 faizinin nəticəsi uğurlu hesab olunub.
2023-cü ildə isə sertifikatlaşdırma imtahanında uğur qazana bilməyən 5 495 nəfər ibtidai sinif müəllimi, 493 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisas fənləri üzrə təlimlərə cəlb edilib.
|
|
21.05.2024 | 15:44 | |
|
|
|