DİM sədri: Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilmir | |
Yəqin ki, müəyyən zaman gələcək ki, Azərbaycanda imtahan modeli dəyişə bilər.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu APA-nın sualına cavab olaraq Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, attestatla universitetlərə qəbul gözlənilmir.
"Siz bilirsiniz, 0 balla belə attestat alan var. Amma bu balla universitetə qəbul olmaq mümkün deyil", - o əlavə edib.
|
|
18.05.2024 | 11:28 | |
|
|
|