RFO-da iki fənn üzrə qalib olan məktəblilərimiz kimlərdir? | |
Respublika Fənn Olimpiadalarında iştirak edən 2 şagird iki müxtəlif fənn - həm riyaziyyat, həm də informatika üzrə qalib olub.
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin şagirdi Uveys Əl-Salehi Əhməd Əbdülatef Qaid informatika fənni üzrə gümüş, riyaziyyat üzrə gümüş medal qazanıb.
S.C.Pişəvəri adına Humanitar fənlər təmayüllü gimnaziyanın X sinif şagirdi Əli Həsənli isə riyaziyyat və informatika fənni üzrə bürünc medal əldə edib.
Qeyd edək ki, RFO-nun ümumilikdə 490 qalibindən 150 nəfəri, yəni 31%-i qız, 340 nəfəri, yəni 70%-i isə oğlan şagirdlərdir. Qızlar ən çox Azərbaycan dili və ədəbiyyat fənni üzrə (48 nəfər), oğlanlar isə ən çox informatika fənni üzrə (57 nəfər) qalib olublar.
Qaliblərin təhsil aldıqları siniflər üzrə göstəricisinə gəlincə, onların 14 faizi (70 nəfər) VIII sinif, 35 faizi (171 nəfər) IX sinif, 26 faizi (128 nəfər) X sinif və 25 faizi (121 nəfər) isə XI sinif şagirdləridir.
|
|
17.05.2024 | 16:37 | |
|
|
|