NDU-da Elm Gününə həsr olunmuş olimpiada keçirilib

Naxçıvan Dövlət Universitetində 10 noyabr – Elm Gününə həsr olunmuş ali məktəblər arasında riyaziyyat fənnindən olimpiada keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxışında dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında Azərbaycanın elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazandığını dilə gətirib.

 

Universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov yarışın qaydaları haqqında məlumat verib. Bildirilib ki, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutun “Riyaziyyat”, “Riyaziyyat və informatika” ixtisasları üzrə təhsil alan tələbələrin iştirak etdiyi olimpiada  5 sualdan ibarət olub.

 

Yarışda Naxçıvan Dövlət Universiteti “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının IV kurs tələbəsi Aytac Hüseynzadə qalib olub.

 

Naxçıvan Dövlət Universiteti “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının IV kurs tələbələri Bətulə Əlizadə və Səadət Əliyeva, Naxçıvan Müəllimlər İnstitutu “Riyaziyyat v. informatika müəllimliyi” ixtisasının IV kurs tələbələri Səma Şirinova və Fatma Qənbərova II, Naxçıvan Dövlət Universiteti “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının IV kurs tələbəsi Könül Camalbəyli, Naxçıvan Müəllimlər İnstitutu “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının IV kurs tələbəsi Nuray Seyidova isə III yerə layiq görülüblər.

 

Qaliblər tələbə gənclər həftəsi çərçivəsində keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.



08.11.2018 | 13:41