Bəzi universitetlərdə laboratoriya var, lakin faktiki işləmir və bir növ muzeyi xatırladır - EATDA-nın direktoru | |
Görürük ki, bəzi hallarda hansısa universitetdə, elmi tədqiqat müəssisəsində laboratoriya var, lakin faktiki olaraq işləmir. Bir növ muzeyi xatırladır.
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
O bildirib ki, bunun səbəbi laboratoriyanın yaradılanda planlaşdırmanın düzgün formada aparılmamasıdır.
"Ya hansısa detalı yoxdur, ya istifadə qaydalarını bilmirlər, ya da avadanlıq gəlib çatanadək aktuallığını itirib və s. Laboratoriya qurmaq çox çətin prosesdir. Bu, mebel avadanlığı almağa bərabər iş deyil. Hazırda elmlə təhsilin inteqrasiyası istiqamətində keçid dövründəyik. İmkanlarımız da məhduddur. Onlardan maksimum şəkildə düzgün və səmərəli istifadə etməliyik. Tələsib yanlış qərar vermək olmaz" - deyə Ülkər Səttarova qeyd edib.
|
|
17.05.2024 | 12:04 | |
|
|
|