Ülkər Səttarova: Diplomun arxasında kifayət qədər bilik və bacarıq yoxdursa, universitet buna görə məsuliyyət daşıyır | |
Ali təhsil müəssisəsini bitirdiyi an tələbənin bilik və bacarıqlarını ölçmək üçün təcrübə yoxdur. Bunu göstərən sənəd əlindəki diplomudur. Əgər o diplomun arxasında kifayət qədər bilik və bacarıq yoxdursa, bunun məsuliyyəti universitetin üzərindədir.
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
O bildirib ki, işəgötrürənlər də həmin məzunları işə götürmürlərsə, o universitetin reputasiyası yavaş-yavaş aşağı düşür.
"Bəzi hallarda bizim müəssisələrimiz diplom verirlər və nəticə etibarilə görünür ki, diplom sahibinin kifayət qədər biliyi yoxdur. Sonra həmin adam iş tapmayanda, məyus olur, stres keçirir. Bəzi hallarda isə gənclər düzgün seçim etmirlər".
|
|
17.05.2024 | 11:50 | |
|
|
|