Orta ixtisas təhsili müəssisələrində bəzi ixtisasların ləğv edilməsi nəzərdə tutulur
Orta ixtisas təhsili müəssisələrində müəyyən ixtisasların ləğvi və ya orada bağlanıb, peşə təhsil pilləsində saxlanılması nəzərdə tutulur. 
 
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
 
O bildirib ki, bu istiqamətdə təkliflərimizi hazırlayıb təqdim etmişik və yaxın zamanda dəyişiklikləri görəcəksiniz.
 
"Yaxın zamanda bir çox ixtisaslar üzrə bu problemi həll edə biləcəyik" - deyə o qeyd edib.


17.05.2024 | 11:22