"Kəndə STEAM gəlir" layihəsi çərçivəsində təlimlər yekunlaşıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib olan "Kəndə STEAM gəlir" layihəsi çərçivəsində təlimlər yekunlaşıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, təlimlərə Ağstafa rayon Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəbin 50  şagirdi cəlb edilib. Layihə çərçivəsində  iki təlimçi tərəfindən 24 gün ərzində 72 saatlıq (gündə 3 saat olmaqla) təlim və 8 praktiki məşğələ keçirilib. Təlimlər müddətində şagirdlər 3D dizayn, CNC lazer kəsim, robotların hazırlanması texnologiyaları ilə bağlı məlumat əldə ediblər. 
 
Qeyd edək ki, layihənin məqsədi  təhsil alan Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəbində  6-7 sinif  şagirdlərində STEAM bilik və bacarıqlarına yiyələnərək bu istiqamətdə praktik fəaliyyətlərə cəlb etmək və inkişaf etdirməkdir. Layihə Vüsalə Salahova tərəfindən həyata keçirilib. 


16.05.2024 | 21:25