Son 3 ildə BDU-nun 1684 tələbəsinə təhsil krediti verilib | |
Bakı Dövlət Universitetinin (BDU) 1684 tələbəsi 2021-2024-cü illər ərzində təhsil krediti almaq hüququ əldə edib. Onlardan 494-ü sosial, 1190-ı isə standart təhsil kreditidir.
Bu barədə “Azərbaycan müəllimi”nə BDU-dan məlumat verilib.
Bildirilib ki, son 3 ildə təhsil krediti almaq üçün müraciət edən 2038 BDU tələbəsindən 1684-ü bu hüququ qazanıb.
2023/2024-cü tədris ilində isə ümumilikdə 705 BDU tələbəsinə təhsil krediti verilib. Onlardan 184-ü sosial, 521-i isə standart təhsil krediti olub.
|
|
14.05.2024 | 15:30 | |
|
|
|