Təhsil tələbə krediti alanlar arasında qızlar üstünlük təşkil edir | |
"Sevindirici haldır ki, təhsil kreditlərinin verilməyə başlandığı 2021-ci ildən etibarən ondan yararlanan tələbələrin gender bölgüsündə qızların üstünlük təşkil etdiyini görürük".
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O bildirib ki, təhsil tələbə kreditlərindən istifadənin bütün fərdlərə şamil olunması, heç bir limit və ya məhdudiyyətin tətbiq edilməməsi ailələrin maddi rifahına şübhəsiz ki, müsbət təsir göstərən amildir.
"Qeyd edək ki, bu günə qədər 14 154 oğlan, 20 685 qız tələbə təhsil kreditlərindən yararlanıb. Təhsil tələbə krediti alanların faiz nisbətinə nəzər saldıqda görürük ki, oğlanlar 41 faiz, qızlar isə 59 faiz təşkil edir".
|
|
14.05.2024 | 12:47 | |
|
|
|