2026-cı ilə qədər 300 minə yaxın şagirdin STEAM təhsilinə cəlb olunması hədəflənib
2026-cı ilə qədər ümumilikdə təxminən 280 min şagirdin STEAM təhsilinə cəlb olunması hədəflənib.
 
"Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitututunun şöbə müdiri İbrahim Baxışlı Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransında təqdimatında qeyd edib.
 
O, çıxışında bildirib ki, 2026-cı ilə qədər STEAM təhsilinin milli təhsil proqramına (kurikulum) inteqrasiya olunması da nəzərdə tutulub. 
 
Bundan başqa, 2023-2024-ci tədris ilindən etibarən ölkəmiz üzrə STEAM layihəsinin 400 məktəbdə tətbiq olunduğu, həmçinin əhatə dairəsinin genişləndirilməsi çərçivəsində ölkə üzrə 25 STEAM Mərkəzinin istifadəyə verildiyi qeyd olunub.


14.05.2024 | 10:01