UFAZ tələbələri “TotalEnergies E&P Beynəlxalq Təqaüd Proqramı”na qəbul olublar | |
UFAZ tələbələri nüfuzlu “TotalEnergies E&P Beynəlxalq Təqaüd Proqramı”na qəbul olublar.
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Şəhanə Məmmədova, Nəsibə Məmmədli, Nuray Məmmədzadə, Fəridə Səfərova, Ülkər Abdullayeva, Cavid Rəhimov, Rəsul Ələkbərli, Emin Cəfərli və Nəzrin Nəsirova öz akademik üstünlüklərinə görə bu proqrama qəbul olunublar.
Onlar bu beynəlxalq proqram çərçivəsində təhsillərini və peşəkar inkişaflarını davam etdirmək fürsətini əldə edəcəklər. Qeyd etmək lazımdır ki, 2004-cü ildən bəri Total Qrupu fəaliyyət göstərdiyi ölkələrdə tələbələri təqaüd proqramları vasitəsilə dəstəkləyir. Onların əsas məqsədləri qlobal miqyasda yüksək potensiallı namizədləri müəyyən etmək, yüksək səviyyəli təhsil təlimini dəstəkləmək və beynəlxalq sinerji yaratmaqdır. |
|
14.05.2024 | 09:04 | |
|
|
|