BDU-nun SABAH qruplarının tələbələri Pakistanda keçiriləcək beynəlxalq yarışın finalına vəsiqə qazanıblar | |
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İnnovativ və Yaradıcı Həllərin Tapılması” adlı beynəlxalq müsabiqənin birinci mərhələsində Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının tələbələri Cahan İsmayılova, Leyla Əliyeva, Fəridə Rzayeva, İsgəndər Məmmədovdan ibarət komanda ikinci yerə layiq görülüb.
Bu barədə “Azərbaycan müəllimi”nə BDU-dan məlumat verilib.
Azərbaycan Texniki Universiteti və Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Azərbaycanın ümumilikdə 10 ali təhsil müəssisəsindən 22 komanda iştirak edib. Məqsəd universitetlərin müəllim və tələbələrinin innovativ ideyalarla qlobal problemlərin həllinə töhfə verməsinə cəlb olunmasıdır.
Müsabiqənin ilkin mərhələsinin qalibləri Pakistan İslam Respublikasının paytaxtı İslamabadda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
|
|
13.05.2024 | 11:30 | |
|
|
|