Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin qəbul planları təsdiqlənib | |
Qarabağ və Türkiyə-Azərbaycan universitetinin qəbul planları artıq təsdiqlənib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin harada yerləşməsi ilə bağlı işlər artıq yekunlaşıb. Yaxın günlərdə universitetin tədris binası haqda məlumat veriləcək.
"Qarabağ Universitetində isə 1200 tələbə təhsil alacaq. Bu həftə artıq seçilmiş 3 proqram rəhbəri ictimaiyyətə təqdim olunacaq. Universitetdə təhsil ödənişsiz olacaq və tələbələr yataqxana ilə təmin olunacaq”.
|
|
13.05.2024 | 11:04 | |
|
|
|