ICESCO üzv ölkələrdə elmi-tədqiqat təcrübəsinin inkişafına sərmayə yatırmağa çalışır - Salim bin Məhəmməd əl-Malik
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzv ölkələrdə elmi-tədqiqat təcrübəsinin inkişafına sərmayə yatırmağa çalışır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu ICESCO-nun Baş katibi Salim bin Məhəmməd əl-Malik Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransının açılış mərasimində deyib.
 
O bildirib ki, bu konfrans 2022-ci il noyabrın 9-da ICESCO-nun mənzil-qərargahında keçirilən birinci konfransın uğuruna əsaslandığı üçün böyük əhəmiyyət kəsb edir: “Bu konfrans bizim müxtəlif qlobal mühitimizdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün sarsılmaz öhdəliyimizin sübutudur”.
 
Baş katib onu da qeyd edib ki, konfrans iştirakçıları IV Dayanıqlı İnkişaf Məqsədində müəyyən edilmiş məqsədlərə nail olmağı hədəfləyir: “Bu, inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və hər kəs üçün təhsil imkanlarını təşviq etmək deməkdir”.


13.05.2024 | 10:06