ICESCO-nun baş direktoru: Təhsildə rəqəmsal inkişafa yer ayırmalıyıq | |
PISA qiymətləndirməsi öz əhəmiyyətini qoruyub saxlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik PISA üzrə II ICESCO Nazirlər Konfrasının açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırkı təhsil sistemi ilə cəmiyyət arasında böyük əlaqə var.
“Təhsildə rəqəmsal inkişafa yer ayırmalıyıq. Amma bildirilir ki, rəqəmsal cihazlar vasitəsilə şagirdlər təhsildən yayınır. Bilik və bacarıqların inkişaf etdirilməsi üçün ICESCO üzərinə öhdəliklər götürüb. Məqsədimiz inkişafdan geri qalan sahələri inkişaf etdirməkdir. Süni intellektin gücləndirilməsi işimizə müsbət töhfələr verir. Rəqəmsal savadlılığı təşviq etməklə təhsil gənclərin gələcəkdə uğurla irəliləməsinə kömək ola bilər”, - deyə Səlim bin Məhəmməd Əl-Malik bildirib.
|
|
13.05.2024 | 10:01 | |
|
|
|