“Təhsil İşçilərinin Avropa Peşə - Təcrübə Proqramı”na start verilib | |
“Edu Time” Təhsil və İnkişaf Mərkəzinın təşkilatçılığı ilə “Təhsil İşçilərinin Avropa Peşə - Təcrübə Proqramı”na start verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, proqram iştirakçıları tədbirin ilk günündə İtaliyanın ən nüfuzlu və qədimi məktəblərindən olan “San Leone Magno”nu ziyarət edib.
Məktəbin direktoru Matteo Mennini qonaqları salamlayaraq, məktəb haqda ətraflı məlumat verib. O bildirib ki, məktəbin əsası 1817-ci ildə Marist qardaşları tərəfindən qoyulub.
Menninin sözlərinə görə, məktəbin əsas missiyası şagirdlərə qlobal düşünmək və yenliklərə uyğunlaşma qabiliyyəti yaratmaqdan ibarətdir.
Məktəbin beynəlxalq əlaqələr üzrə direktoru Anna Plavsa “San Leone Magno”nun İtaliyada ən çox xarici şagird təhsil alan məktəblərdən olduğunu qeyd edib.
Azərbaycanlı təhsil işçiləri onları maraqlandıran sualları məktəb rəhbərliyinə ünvanlayıb, eyni zamanda Azərbaycanda həyata keçirilən təhsil siyasəti haqda danışıb.
Daha sonra təhsil işçiləri məktəbin iş prinsipi ilə yaxından tanış olublar.
Sonda iştirakçılara beynəlxalq sertifikat verilib.
Qeyd edək ki, “Edutime”nim təşkilatçılığı ilə “Təhsil İşçilərinin Avropa Peşə - Təcrübə Proqramı” Avropanın nüfuzlu təhsil ocaqlarında baş tutur.
|
|
10.05.2024 | 16:45 | |
|
|
|