ADMİU ilə Türkiyənin üç universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudovanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub.

 

ADMİU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, nümayəndə heyəti İstanbul Universitetinin rəhbərliyi və iletişim fakültəsinin dekan və kafedra müdirləri, Memar Sinan Gözəl Sənətlər Universitetinin rəhbər heyəti və Gözəl sənətlər fakültəsinin əməkdaşları, eləcə də Bahçeşehir Universitetinin rəhbər heyəti və iletişim fakültəsinin əməkdaşları ilə görüşüblər.
 

Görüşlər zamanı universitetlər arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub, yaxın gələcəkdə həyata keçiriləcək planlarla bağlı razılıq əldə edilib.
Həmçinin ADMİU nümayəndə heyəti İstanbul Universitetinin iki kampus binasını, Memar Sinan Gözəl Sənətlər Universitetinin muzey kompleksini və Bahçeşehir Universitetinin üç kampus binasını da ziyarət edib, buradakı tədrislə, tələbələr üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

 

 

 

 

 



10.05.2024 | 14:57