Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun nəticələri elan edilib

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun nəticələri elan edilib. Şagirdlər https://portal.edu.az/ platforması vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq nəticələrini əldə edə bilərlər.

 

Məktəblilərarası fənn müsabiqələrində 150 və 150-ci şagirdə bərabər nəticə toplayan şagirdlər, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında isə 300 və 300-cü şagirdə bərabər nəticə toplayan şagirdlər final turuna vəsiqə qazanıb.

 

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final turu 2 iyun tarixində təşkil ediləcək. Final turunda şagirdlərə 15 açıq tipli sual təqdim ediləcək.

 

Yarımfinal turunun kitabçalarını əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://drive.google.com/drive/folders/1oenoXmJYP8Pah8QJggPuRzDFtyca1MqK

 

Qeyd edək ki, yarımfinal turunun nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.

 

Keçid balları aşağıdakı kimidir:

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası üzrə keçid balı – 67,5

Məktəblilərarası fənn müsabiqələri fənlər üzrə keçid balları:


Riyaziyyat fənni 6-cı sinif – 72
Riyaziyyat fənni 7-ci sinif – 67,5
Təbiət fənni- 80
İnformatika fənni – 60
Kimya fənni- 74,5
Fizika fənni – 61,75
Biologiya fənni- 67

 



10.05.2024 | 14:41