Şagirdlər XXI əsr bacarıqlarına nə qədər yaxşı hazırlaşıblar? - ICILS tədqiqatı | |
Azərbaycanın təhsil sahəsində iştirak etdiyi növbəti beynəlxalq qiymətləndirmə kompüter və informasiya savadlılığının beynəlxalq tədqiqatıdır (ICILS - International Computer and Information Literacy Study). IEA Beynəlxalq Tədris Nailiyyətlərinin Qiymətləndirilməsi Assosiasiyasının təşkil etdiyi növbəti tədqiqat dünyanın müxtəlif ölkələrində 8-ci sinif şagirdlərinin kompüter və informasiya savadlılığının səviyyəsini müqayisə etməyə, həmçinin milli təhsil sistemlərindəki fərqləri müəyyən etməyə imkan verir.
“Azərbaycan müəllimi”nin növbəti yazısı ICILS beynəlxalq qiymətləndirməsinə həsr olunub. ICILS tədqiqatının məqsədi şagirdlərin informasiya əsrində təhsil, iş və gələcək həyat üçün hazırlığını qiymətləndirmək, iştirakçı ölkələrdə şagirdlərin kompüter və informasiya savadlılığı sahəsində təlim səviyyələrini öyrənmək, aşkar edilmiş fərqləri ölçmək və təhlil etmək, bu sahədə təhsilin milli və beynəlxalq səviyyədə təşviqinə töhfə verməkdir.
ICILS nəyi ölçür?
Şagirdlər rəqəmsal dünyada gələcək təhsil, iş və həyatına nə qədər yaxşı hazırlaşıblar? Kompüter və informasiya savadlılığının (ICILS) beynəlxalq tədqiqi bu suala cavab verir. ICILS tədqiqatı zamanı məhz bu suala cavab axtarılır. Tədqiqatda şagirdlərin kompüter və informasiya savadlılığında beynəlxalq fərqlər - kompüterlərdən evdə, məktəbdə, iş yerində və cəmiyyətdə tədqiqat, yaradıcılıq, iştirak və ünsiyyət üçün istifadə etmək qabiliyyəti ölçülür. İştirakçı ölkələr həmçinin şagirdlər üçün hesablama təfəkkürü (CT), proqram və tətbiqlərin yazılmasına yanaşmaların qiymətləndirilməsindən keçmək imkanına malikdirlər.
Bu savadlılıq (yəni kompüterin texniki imkanlarına və ya müəyyən bir proqram məhsuluna sahib olmaq bacarığı) və ünsiyyət məqsədlərinə çatmaq üçün intellektual qabiliyyətlərin İKT sahəsindəki texniki səriştənin birləşməsidir.
ICILS bu suallara cavab verir:
Bu tədqiqat ayrı-ayrı şagirdlərin, məktəblərin, müəllimlərin, məktəb direktorlarının uğurlarının qiymətləndirilməsini nəzərdə tutmur. Toplanan məlumatlar təhsil sistemlərinin monitorinqini aparmağa və respondentlərin heç birini müəyyənləşdirmədən təhsil prosesində İKT-dən istifadə siyasəti ilə bağlı məlumat verməyə imkan verir.
ICILS tədqiqatı aşağıdakıları ehtiva edir:
Tədqiqatda iştirak edən ölkələr və nəticələr
Tədqiqatın vaxtaşırı aparılması nəzərdə tutulur. Bu günə qədər ICILS üç dəfə, 2013, 2018 və 2023-cü illərdə keçirilib.
ICILS-2013 tədqiqatı 21 ölkədə aparılıb. İlk üç yeri Çexiya (553 xal), Kanada, Ontario əyaləti (547 xal) və Avstraliya (542 xal) tutub. 2013-cü il tədqiqatında Çexiya, Avstraliya, Polşa, Norveç və Koreyadan olan məktəblilər daha yüksək səviyyədə kompüter və informasiya savadlılığı nümayiş etdiriblər. Bütün iştirakçı ölkələrdə orta hesabla məktəblilərin 17%-i ən aşağı (IELTS miqyasında 1-ci) kompüter və informasiya savadlılığı səviyyəsinə çatmayıb. Orta hesabla məktəblilərin yalnız 2%-i ən yüksək (4-cü) kompüter və informasiya savadlılığı səviyyəsinə çatıb (Koreya məktəbliləri üçün maksimum göstərici 5%-dir).
Tədqiqat göstərib ki, qızlarda kompüter və informasiya savadlılığı səviyyəsi bütün ICILS üzv ölkələrində oğlanlardan daha yüksəkdir. ICILS-in bütün iştirakçı ölkələrində orta hesabla şagirdlərin 36%-i kompüterdən istifadə edir. Şagirdlər məktəbdə olduğundan daha çox evdə İKT -dən istifadə edirlər. ICILS tədqiqatında şagirdlərdən evdə və məktəbdə kompüterlərdən və ya digər rəqəmsal cihazlardan nə qədər istifadə etdikləri soruşulub. Şagirdlərin 87% -i kompüterlərdən həftədə ən azı bir dəfə evdə istifadə etdiklərini söyləyərkən, yalnız 54% -i məktəbdə kompüterlərdən eyni dərəcədə istifadə olunduğunu bildiriblər.
Məktəbdə İKT-nin tətbiqi hələ də məhduddur. Müəllimlər təhsil prosesində İKT-dən yalnız İKT bacarıqlarına əmin olduqları təqdirdə istifadə edirlər. Bütün iştirakçı ölkələrdə müəllimlərin yalnız yarısı, öz hesablamalarına görə, İKT-nin davamlı istifadəçiləridir və bu göstərici praktik olaraq yaşdan asılı deyil.
2013-cü ilin qiymətləndirməsi zamanı mühüm məlumatlar əldə edilib. Tədqiqat çərçivəsində təhsili idarəetmə qurumlarına məktəblərdə informasiya-kommunikasiya texnologiyalarının istifadəsi ilə bağlı daha məlumatlı qərarlar qəbul etmək üçün istifadə edə biləcəkləri əsas nəticələr müəyyən edilib.
ICILS-2018 tədqiqatında Almaniya, Danimarka, İtaliya, Qazaxıstan, Koreya, Lüksemburq, Rusiya, Uruqvay, ABŞ, Finlandiya, Fransa və Çili iştirak edib. Tədqiqatda iştirak edən şagirdlərin 18%-i kompüter və informasiya savadlılığı (computer and information literacy (CIL) meyarının şkalasının ən aşağı səviyyəsinə belə çata bilməyib. Şagirdlərin 25%-i qeyd olunan meyar üzrə ən aşağı nəticəni əldə edib. 21%-i isə adıçəkilən meyar üzrə iki dəfə daha yüksək səviyyəyə çataraq kompüterlərdən məlumat toplama və idarəetmə vasitəsi kimi istifadəyə dair müstəqil işləmək bacarığına sahib olduğunu göstərib. Tədqiqatda iştirak edən şagirdlərin yalnız 2%-i CIL meyarı üzrə ən yüksək nəticəyə nail olub. Dünyanın 12 ölkəsində 46 mindən çox şagird və 26 min müəllimi əhatə edən tədqiqatın nəticələrinə görə, Danimarka məktəbliləri 557 balla kompüter və informasiya savadlılığı üzrə dünyada birincidir. Rusiya məktəbliləri 549 balla ikinci, Koreya Respublikasının şagirdləri 542 balla 3-cü sıralardadır.
ICILS-2013 və ICILS-2018 arasındakı fərq nədir?
Kompüter və informasiya savadlılığı (CIL) 2013-cü ildə olduğu kimi, 2018-ci ildə bir daha qiymətləndirilib. Hesablama düşüncəsi (CT) 2018-ci ildə yeni bir ölçü olaraq ICILS tədqiqatına əlavə edilib. CT kompüter proqramlaşdırmasında və ya tətbiq inkişafında başqa bir rəqəmsal cihaz üçün istifadə olunan düşüncə tərzidir. Hesablama düşüncəsinin arxasındakı düşünmə strategiyaları mürəkkəb fikirləri anlamağa və problemləri həll etməyə kömək edir. Bu, üzv ölkələr üçün məcburi olmayan bir komponentdir.
ICILS-2023 tədqiqatında 35 ölkə iştirak edib: Avstriya, Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Çili, Çin, Xorvatiya, Kipr, Çexiya Respublikası, Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Qazaxıstan, Koreya Respublikası, Kosovo, Latviya, Lüksemburq, Malta, Niderland, Norveç, Oman, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya Respublikası, Sloveniya, İspaniya, İsveç, ABŞ və Uruqvay.
ICILS-in hədəfi
Son 40 ildə İKT gündəlik həyatımıza, işimizə və sosial qarşılıqlı münasibətlərimizə böyük təsir göstərib. ICILS şagirdlərin bu dinamik informasiya mühitində uğur qazanması üçün lazım olan əsas bilik, bacarıq və anlayışla məşğul olur. ICILS-də iştirak etmək ölkələrə 21-ci əsrin bacarıqlarını inkişaf etdirmək üçün etibarlı və müqayisə edilə bilən məlumatlar verir.
Tədqiqat ölkələrə şagirdlərin rəqəmsal səriştələri ilə bağlı öz milli məqsədlərini izləməyə kömək edir və YUNESKO-nun Davamlı İnkişaf Məqsədlərinə (SDG) doğru irəliləyişləri izləmək üçün məlumat verir. Bundan əlavə, ICILS məlumatları Avropa Şurası və AB-yə üzv dövlətlər tərəfindən Avropa təhsil məkanında və xaricində strateji prioritetləri dəstəkləmək üçün AB-nin rəsmi məqsədi kimi tanınır. ICILS ölkələrə şagirdləri daim inkişaf edən rəqəmsal dövrdə yaşamaq üçün ən yaxşı şəkildə necə hazırlamaq barədə məlumatlı qərarlar qəbul etməyə kömək edir. Tədqiqat ölkələrə rəqəmsal texnologiyaların siniflərdə necə istifadə olunduğunu, kompüter və informasiya texnologiyaları bacarıqlarını inkişaf etdirmək üçün tədris metodlarına təsirini anlamağa kömək edir. O, həmçinin şagirdlərin kompüter və informasiya savadlılığının dərsdənkənar mühitlə necə əlaqəli olduğuna dair sübutlar təqdim edir.
Qeyd edək ki, ölkə başçısının 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də XXI əsrin tələblərinə uyğun təhsil mühitinin yaradılması əsas məqsəd kimi müəyyənləşdirilib. Prioritet vəzifələrdən biri kimi Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunması müəyyən olunub. Bu baxımdan Azərbaycan 2023-cü ildə növbəti ICILS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edib. Bu tədqiqatın nəticəsi cari ildə elan olunacaq.
Oruc MUSTAFAYEV
"Azərbaycan müəllimi"nin ölkəmizdə təhsil sahəsində aparılan digər beynəlxalq qiymətləndirmələrlə bağlı yazıları ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz:
|
|
10.05.2024 | 11:37 | |
|
|
|