““ELSA speak” ilə ingilis dilini ana dili kimi anlamağa və danışmağa başla!” layihəsinin bağlanış mərasimi keçirilib | |
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““ELSA speak” ilə ingilis dilini ana dili kimi anlamağa və danışmağa başla!” layihəsi çərçivəsində yekun qiymətləndirmə keçirilib və layihənin bağlanış mərasimi olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bağlanış mərasimi Salyan rayonu A.Əliyev adına Aşağı Kürkənd kənd tam orta məktəbində baş tutub.
Tədbirdə çıxış edənlər layihə çərçivəsində görülmüş işlərdən, layihənin əhəmiyyətindən söz açaraq layihənin uğurla başa çatdığını vurğulayıblar.
Sonda qiymətləndirmə nəticələrinə əsasən 6 şagird mükafatlandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində 2 qrup fəaliyyət göstərib. Hər qrupa 72 saatlıq məşğələ keçirilib. Layihə nəticəsində həmin şagirdlər ingilis dilini asan, əyləncəli, sürətli və praktik yolla öyrəniblər.
Bundan əlavə, şagirdlər ingilis dilində sözləri, ifadələri və danışıq mövzularında məşq etməkdə kömək edəcək süni intellektlə təchiz edilmiş öyrədici mobil proqram üzərində işləyiblər.
|
|
09.05.2024 | 10:41 | |
|
|
|