LDU-da “Qlobal iqlim dialoqu” adlı “dəyirmi masa” keçirilib | |
Lənkəran Dövlət Universitetində (LDU) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birlikdə “Qlobal iqlim dialoqu” adlı “dəyirmi masa” keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbiri LDU-nun rektoru professor Natiq İbrahimov açıb və “dəyirmi masa”nın qlobal iqlim dəyişiliklərinin doğurduğu problemlərə həsr olunduğunu bildirib.
Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov isə çıxışında dünyada və ölkədə, həmçinin təmsil etdiyi qurumda bu istiqamətdə görülən işlərdən, elmi araşdırmalardan söz açıb.
Coğrafiya İnstitutu əməkdaşlarından professor Səid Səfərov, dosentlər- Etibar Bədəlov, Səidə Zeynalova, Həsən Nəbiyev, Cəmilə Əhmədova, coğrafiya üzrə fəlsəfə doktoru Solmaz Rzayeva, kiçik elmi işçi Nazim Gəraylı, Lənkəran Dövlət Universitetinin kafedra müdiri Sənan Əzizov, universitetin baş müəllimi Cavidan Əliyev mövzu ətrafında çıxış ediblər.
“Dəyirmi masa” müzakirələrlə davam edib.
|
|
09.05.2024 | 10:22 | |
|
|
|