"Nanosteam real-virtual laboratoriyası" layihəsinin iştirakçısı olimpiadada Biologiya fənni üzrə gümüş medal qazanıb

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olmuş "Nanosteam real-virtual laboratoriyası" layihəsinin fəal şagirdlərindən olan Zeynəb Məmmədli Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarında Biologiya fənni üzrə gümüş medal qazanıb.

 

“Azərbaycan müəllimi”  xəbər verir ki, "NanoSTEAM real-virtual laboratoriyası" layihəsi Ağdam rayonu Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbin kimya və STEAM müəllimi Pərvinə Zeynalova tərəfindən həyata keçirilib. “Nanoelm-nanotexnologiyalar”la məşğul olmaq müəllim və şagirdlərə gələcək fəaliyyətlərində fərqli yarış və müsabiqələrdə yeni yanaşma tətbiq edərək nailiyyət qazanmağa zəmin yaradıb.

 

 



08.05.2024 | 17:55