"Naxçıvan" Universitetinin əməkdaşları Litvada təlimdə iştirak edir

"Naxçıvan" Universiteti respublikamızın bir çox ali məktəbləri kimi çoxsaylı xarici universitetlər və beynəlxalq qurumlarla  əməkdaşlıq müqavilələri imzalayıb ki, bu da  ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim, tələbə mübadilələrinin həyata keçirilməsinə müsbət təsir göstərir.   Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və xarici dillər fakültəsinin müəllimi Könül Babayeva Litvanın Vilnüs şəhərində təşkil edilən EQAC layihəsinin növbəti təlimində iştirak edirlər. Təlimin ilk günündə Azərbaycanın tərəfdaş universitetləri Litvanın Keyfiyyətə nəzarət mərkəzində olub, mərkəzin direktoru və koordinatorları bu qurumun fəaliyyəti haqqında təqdimat keçiriblər. Günün ikinci yarısında Litvanın qabaqcıl ali təhsil müəssisələrindən biri olan Mykolas Komeris Universiteti ilə tanışlıq olub. Qeyd edək ki, layihənin növbəti təlimində universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilib və mərkəzin strukturunun formalaşması üçün görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.

 

Təlim noyabrın 11-dək davam edəcək..

 



06.11.2018 | 15:16