Təhsil İnstitutu “Ali təhsil müəssisələrində müəllim hazırlığının təşkili vəziyyətinin araşdırılması” məqsədilə elmi-tədqiqat işi aparır | |
Təhsil İnstitutu tərəfindən “Ali təhsil müəssisələrində müəllim hazırlığının təşkili vəziyyətinin araşdırılması” məqsədilə Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti və Lənkəran Dövlət Universitetində elmi-tədqiqat işi aparılır.
Bu barədə Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, tədqiqat çərçivəsində universitetlərdə fəaliyyət göstərən professor-müəllim heyəti və tələbələrlə sorğu anketi keçirilib, müvafiq ixtisaslar üzrə sillabuslar, tədris planları, tədris və fənn proqramları, professor-müəllim heyətinin tərkibi və s. məsələlər araşdırılıb.
|
|
08.05.2024 | 11:04 | |
|
|
|