MDU-da “Ətraf mühitə təsirin qiymətləndirilməsi” modulunun üçüncü təlimi təşkil olunub

Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən “Ətraf mühitə təsirin qiymətləndirilməsi” modul təlimlərinin üçüncü sessiyası keçirilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, təlimdə MDU-nun fizika və ekologiya kafedrasının bir qrup müəllimi, mühəndislik fakültəsinin tələbə və magistrantları iştirak ediblər.

 

“Tullantı suları ilə su obyektlərinə axıdılan zərərli maddələrin buraxıla bilən axıntı həddinin (BBAH), müəssisələr üçün atmosferə atıla bilən tullantı həddinin (ABTH) tərtib olunması” mövzusunda keçirilən təlimdə “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin Mingəçevir Regional Sınaq və Diaqnostika Mərkəzinin kimya laboratoriyasının əməkdaşı Cavid Abbasov çıxış edib.

 

O, tullantı sularının su obyektlərinə axıdılmasının ətraf mühitə zərərli təsirləri və atmosferə atılan tullantı maddələrinin həddi ilə bağlı məlumat verib. Təlimin əsas məqsədi iştirakçıları ətraf mühitin qorunması sahəsində qabaqlayıcı tədbirlər və tullantıların düzgün idarə olunması barədə maarifləndirməkdir.

 

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 



08.05.2024 | 10:49