Təhsil naziri Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavinini qəbul edib

Noyabrın 6-da təhsil naziri Ceyhun Bayramov Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudikovanı qəbul edib.

 

Dana Prudikova Çex Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən “Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində Şamaxı rayonundakı A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbin binasının açılışında iştirak üçün ölkəmizdə səfərdədir.

 

Görüş zamanı Azərbaycan Respublikası ilə Çex Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri, o cümlədən  “Enerji səmərəliliyinin təmin olunması” layihəsi müzakirə edilib.

 



06.11.2018 | 12:54