BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb | |
Bakı Ali Neft Məktəbinin (BANM) Rəhbərlik yanında Aparatının elmi katibi, kimya elmləri doktoru, dosent İlhamə Zərbəliyeva və kimya mühəndisliyi kafedrasının baş müəllimi Həcər Nəbiyevanın təqdim etdiyi elmi tədqiqat işi AMEA-nın Rəyasət heyətinin mühüm elmi nəticələr kitabına daxil edilib.
Bu barədə “Azərbaycan müəllimi”nə BANM-dən məlumat verilib.
Bildirilib ki, tədqiqat işində yeni növ mono və gemini tip səthi aktiv maddələr sintez olunub və neft kimyasının müxtəlif istiqamətlərində tətbiqi araşdırılıb, mühüm nəticələr əldə edilib.
Mövzu üzrə müxtəlif indeksləşmiş elmmetrik bazalarda yer alan jurnallarda məqalələr dərc olunub.
|
|
07.05.2024 | 10:33 | |
|
|
|