Nazir: Sertifikatlaşdırmanın yekun məqsədi şagirdin qarşısına hazırlıqlı kadr çıxarmaqdır
“Sertifikatlaşdırmanın yekun məqsədi şagirdin qarşısına hazırlıqlı kadr çıxarmaqdır, çünki bir sistem öz müəllimindən daha yaxşı ola bilməz”.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
 
O bildirb ki, müəllimin hazırlıq səviyyəsi nə qədər yüksəkdirsə, sistem də o qədər güclüdür. Bu baxımdan müəllimlərin bacarıq səviyyəsini artırmalıyıq:
 
"Eyni zamanda digər məqsəd bacarıqlı, hazırlıqlı, özünün biliyi ilə digər həmkarlarından seçilən müəllimə daha yaxşı əməkhaqqı verməkdir. Bizim 4 müəllimimizdən biri sertifikatlaşdırmadan keçəndə öz əməkhaqqısına 35 faiz əlavə alır, digərlərinin əməkhaqqısına isə 10 faiz əlavə tətbiq edilir. Bu prosesdə 90 faiz müəllim sertifikatlaşdırmadan uğur əldə edir. Bununla yanaşı, sertifikatlaşdırmadan iki dəfə kəsilən müəllimin işinə xitam verilir".


06.05.2024 | 20:39