“Elm və təhsil haqqında ayrı-ayrılıqda danışmaq doğru olmaz” - Emin Əmrullayev
“Azərbaycan elmi ilə bağlı orijinal məqsədlərə qayıtmalıyıq. Bu dəyişikliklərin məqsədi ondan ibarətdir ki, elmlə təhsil arasında bir vəhdət qurulmalı və inteqrasiya aparılmalıdır”.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
 
O bildirib ki, elm və təhsil haqqında ayrı-ayrılıqda danışmaq doğru olmaz: 
 
“Məhz bu mənada biz təhsildən danışanda elmdən də danışırıq. Bu zaman ərzində iki əsas istiqamətdə iş aparmışıq. Bunlardan biri elmi müəssisələrlə iş aparan müvafiq strukturların yaradılması, digəri isə elmi fəaliyyətlə məşğul olan müəssisələrlə ali təhsil müəssisələrinin fəaliyyətini yaxınlaşdırmaq olub. Ola bilsin ki, bu diaqnostik mərhələni vətəndaşlar hiss etmirlər, lakin qərarların verilməsi üçün müvafiq məlumatların toplanılması, sistemləşdirilməsi və indiki mövqeyimizi başa düşməyimiz olduqca vacibdir”.


06.05.2024 | 20:07