Elm və təhsil naziri: Gənc nəsil üçün yeni imkanlar açılır | |
“Xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyünü tam bərpa etməsindən sonra tarixin bu səhifəsində istər növbəti nəsillər, istərsə də gənc nəsil üçün yeni imkanlar açılır”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
O bildirib: “Bu baxımdan ölkəmizin qarşısında duran yeni hədəf və vəzifələrlə bağlı daha geniş müzakirələrə ehtiyac var. Amma məhz güclü Azərbaycan naminə və Azərbaycanın müstəqil dövlət kimi qalması naminə istər məktəblərimizdə, istər universitetlərimizdə, hətta mən deyərdim, bağça yaşlarından başlayaraq uşaqlarımıza, gənclərimizə bu milli ideyanı aşılamaq istiqamətində işlərimiz davam edir”.
|
|
06.05.2024 | 20:03 | |
|
|
|