UNEC-lə Ege Universiteti arasında ikili diplom proqramı ilə bağlı yekun məsələlər müzakirə edilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ege Universitetində işgüzar səfərdə olub.

 

UNEC-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, Ege Universitetinin rektoru professor Necdet Budakla görüşdə iki ali məktəb arasında “Qida mühəndisliyi” ixtisası üzrə ötən ildən start verilmiş ikili diplom proqramı ilə bağlı yekun məsələlər müzakirə olunub. İkili diplom proqramına əsasən, 1-ci kursu bitirmiş UNEC tələbələri 2-ci və 3-cü kursda Ege Universitetində təhsil alacaqlar.

 

UNEC-in nümayəndə heyəti Ege Universitetinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutlarının fəaliyyət prinsipləri ilə də tanış olublar.

 

İzmirə səfər çərçivəsində rektor Ədalət Muradov İzmir İqtisadiyyat Universitetinin rektoru professor Yusuf Hakan Abacioglu ilə də görüşüb. Görüşdə hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunaraq, müvafiq qərarlar verilib.

 



06.05.2024 | 11:48