STEAM tədris edən müəllimlər üçün müsabiqə keçirilib | |
Mayın 4-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrində STEAM tədris edən müəllimlər üçün müsabiqə keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, 250-dən artıq müəllimin iştirak etdiyi müsabiqədə namizədlərə STEAM fəlsəfəsi, arduino, mikrobit, 3D printer və tinckerCad mövzuları ilə bağlı biliklərinin yoxlanılması məqsədilə hər bölməni əhatə edəcək şəkildə, ümumilikdə 30 test tapşırığı təqdim olunub.
Test tapşırıqlarının yerinə yetirilməsi üçün 60 dəqiqə vaxt ayrılıb. Hər bir düzgün cavab bir balla qiymətləndirilib.
Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.
Məlumat üçün bildirək ki, test tapşırıqlarının müəyyən olunmuş bal həddini keçən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar və bu mərhələdə keçid balını toplamış hər bir namizəd üçün 2 il qüvvədə olan STEAM təhsili üzrə tədris prosesini aparmağa icazə hüququ verən sertifikat təqdim olunacaq.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təlim və müsabiqələr tədris ilinin sonuna kimi davam etdiriləcək.
|
|
04.05.2024 | 17:19 | |
|
|
|