LDU-da COP29-la bağlı tədbir keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29-la bağlı “dəyirmi masa” təşkil olunub. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, “Azərbaycanın COP29-a sədrliyi qlobal Şimal və Cənub arasında körpüdür” mövzusunda keçirilən “dəyirmi masa”da LDU-nun prorektorları, biologiya və ekologiya, coğrafiya və onun tədrisi metodikası kafedralarının müəllimləri və tələbələri iştirak ediblər.
 
“Dəyirmi masa”da biologiya və ekologiya kafedrasının dosenti Qorxmaz Ağayev “İqlim dəyişmələrinin tarixi və səbəbləri”, coğrafiya və onun tədrisi metodikası kafedrasının müəllimi Samir Salayev “Azərbaycanın iqlim dəyişmələrinin nəticələrinin aradan qaldırılması üçün həyata keçirdiyi fəaliyyət və COP29-a sədrliyə gətirib çıxaran fəaliyyəti” mövzularında məruzə ilə çıxış ediblər. 
 
Məruzə və çıxışlarda COP29-un ölkəmizdə keçirilməsinə dair qərarın həm yerli, həm də xarici müşahidəçilər tərəfindən çox mühüm bir hadisə kimi qiymətləndirildiyi qeyd edilib. Bildirilib ki, bu tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Belə ki, bunun çox böyük iqtisadi əhəmiyyəti var, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır.
 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


03.05.2024 | 17:09