ADNSU-da doktorantlar və gənc alimlər üçün seminar təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Gənc Alimlər, Doktorantlar və Magistrlar Cəmiyyətinin “Ali Təhsil Müəssisələrində Transdissiplinarlıq Strategiyaları ilə Maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində seminar keçirilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən seminarda  ADNSU-nun Doktorantura şöbəsinin müdiri dosent Zülfüqar İbrahimli ali təhsil müəssisələrində biliklərin istehsalında yeni üsul və vasitələrin tədqiqi və təbliğinin vacibliyini qeyd edib.

 

Təqdimat zamanı Azərbaycan Gənc Alimlər, Doktorantlar və Magistrlar Cəmiyyətinin eksperti Sevinc Adilova fənlərarası əlaqələrin bərpası strategiyası, yeni biliklərin yaradılması yollarının araşdırılması mövzusunda çıxış edib.

 

Bundan əlavə, o, beynəlxalq münasibətlər kontekstində yeni düşüncə tərzinə aparan yolun kəşfi, o cümlədən xarici universitetlərin təcrübələrindən öyrənmək və müxtəlif ölkələrdə istifadə olunan metodların tətbiqi haqqında ətraflı məlumat verib.

 

Sonda iştirakçılara sertifikatlar təqdim edilib. 

 



02.05.2024 | 12:18