AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX Respublika elmi-texniki konfransı keçirilir | |
Azərbaycan Texniki Universitetində (AzTU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX Respublika elmi-texniki konfransı öz işinə başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, konfransda çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev tədbirdə Texniki Universitetlə yanaşı, 25 elmi müəssisə, universitet və digər təşkilatlardan gənc tədqiqatçıların elmi məruzələrlə çıxışlar edəcəklərini bildirib. Hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışan rektor deyib ki, burada təqdim olunan tədqiqat işləri məqsədyönlü olmalıdır. Tədqiqatlar nəticəsində alınan nümunələrin sənayeyə transformasiyasının vacibliyini vurğulayan V.Vəliyev bu istiqamətdə texniki yönümlü ali məktəblərin üzərinə düşən vəzifələrdən də danışıb. O, müasir dövrdə texnologiyaların və mühəndisliyin rolu, universitetdə tədqiqatın və innovasiyaların prioritetliyi barədə fikirlərini bildirib.
Daha sonra çıxış edən Bakı Mühəndislik Universitetinin prorektoru Ağası Məlikov, Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun şöbə rəisi Yalçın İsayev konfransda müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışıblar.
Konfransda çıxış edən AzTU-nun doktorantları Anar Hacıyev, Samir Əmirli, Nurlan Arifzadə, magistrant Əziz Süleymanov tədqiqat işləri ilə bağlı geniş təqdimatla çıxış ediblər.
Bölmə iclasları ilə davam edən konfrans işini mayın 2-də yekunlaşdıracaq. |
|
02.05.2024 | 10:51 | |
|
|
|