Elm və Təhsil Nazirliyi ilə “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyi arasında görüş keçirilib | |
Mayın 1-də Elm və Təhsil Nazirliyində “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubov ilə görüş təşkil edilib.
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan ali təhsil müəssisələrinin rəqabətədavamlılığının artırılması və beynəlxalq göstəricilərə müvafiq olaraq inkişaf imkanları müzakirə edilib.
Görüş zamanı ölkəmizin təhsil proqramlarının beynəlxalq sahədə tanınmasını gücləndirmək, eləcə də əməkdaşlıq imkanları haqqında ətraflı müzakirələr aparılıb.
|
|
02.05.2024 | 09:26 | |
|
|
|